Dünya

Ukraynada futbolçular qadın hakimə hücum etdilər – VİDEO

Sharing is caring!


Ukrayna I Liqasında keçirilmiş “Jitomir” – “Metallurq” oyununda xoşagəlməz hal yaşanıb.

Oxu.Az xəbər verir ki, matçın sonlarında qonaq komandanın futbolçuları qarşılaşmanı idarə edən qadın hakim Sofiya Priçinaya hücum ediblər.

Buna referinin “Metallurq”un lehinə penalti təyin etməməsi səbəb olub. 90-cı dəqiqədə komanda üzvlərindən biri rəqibin cərimə meydançasında yerdə qalıb. Futbolçular 11 metrlik penalti tələb etsələr də, hakim davam işarəsi verib. Bundan sonra “Metallurq” oyunçuları onu dövrəyə alaraq sərt şəkildə etiraz bildiriblər. Hətta futbolçulardan biri – Vadim Çervard referini itələyib. Bu hərəkətinə görə hakim futbolçunu qırmızı vərəqə ilə meydandan qovub.

Sözügedən görüş “Jitomir”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir