Dünya

Rusiyada “narıncı” kod verilən vulkan gün ərzində üçüncü dəfə püskürdü – FOTO/VİDEO

Sharing is caring!


Kamçatkadakı “Bezımyannı” vulkanı sutka ərzində üçüncü dəfə kül püskürüb. Kül sütununun hündürlüyü 5,5 kilometr olub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, kül şleyfi şərqə – yaşayış məntəqələrinin olmadığı Kamçatka körfəzinə doğru yayılıb.

Bununla əlaqədar rayonun yaşayış məntəqələrində külün düşməsi müşahidə olunmayıb.

Bundan bir neçə saat əvvəl “Bezımyannı” 5 km hündürlüyə kül püskürüb. Vulkana “narıncı” aviasiya təhlükə kodu verilib: bu yüksək vulkanik aktivlik deməkdir və alçaqdan uçan təyyarələr üçün təhlükə yaradır.

Birinci püskürmədə isə kül sütununun hündürlüyü 3 km olub.

Mənbə: Regnum

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir