Dünya

Rusiyada saxlanılan amerikalı jurnalistə qarşı rəsmi ittiham irəli sürüldü

Sharing is caring!


Rusiyada saxlanılan “The Wall Street Journal”ın Moskva bürosunun jurnalisti Evan Gerşkoviçə qarşı rəsmi ittiham irəli sürülüb.

Jurnalist Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə ittiham olunur.

Evan Gerşkoviç martın sonunda Yekaterinburqda saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti “The Wall Street Journal” müxbirinin casusluqda şübhəli bilindiyini bəyan edib.

ABŞ hakimiyyət orqanları və aparıcı Amerika KİV-ləri, o cümlədən “Bloomberg”, “The New York Times”, “The Washington Post” və “Politico”, eləcə də müxtəlif ölkələrdən 30-dan çox media rəhbəri və onlarla rusiyalı müstəqil jurnalist Rusiya rəsmilərini Gerşkoviçin azad etməyə çağırıblar.

Mənbə: meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir