Cəmiyyət

Azərbaycanda kəndin ətrafından qaz xətti keçsə də, insanlar odun yandırırlar – VİDEO

Sharing is caring!


Cəlilabadın Dövlətbəyli kəndinin sakinləri mavi yanacağın olmamasından əziyyət çəkirlər.

Xezerxeber.az xəbər verir ki, kəndin yaxınlığından qaz xətti keçir, amma insanlar yanacaq kimi odundan istifadə edirlər.

Sakinlər deyirlər ki, qazın olmaması qış aylarında onların işini xeyli çətinləşdirir. Odun almaq isə onlara sərf etmir.

İddialara görə, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi yoxdur.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, Dövlətbəyli kəndi dövlət proqramı çərçivəsində 2027-ci ilə qədər qazlaşdırılacaq.

Görünən odur ki, sakinlər hələ bir müddət gözləməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir