Dünya

İran rejimi iki yaşlı körpəni həbs etdi – FOTO

Sharing is caring!


İran rejiminin hökumət məmurları Güney Azərbaycanın Qəzvin bölgəsində son etirazların qurbanlarından olan Cavad Heydərinin qardaşı Məhəmməd Heydərinin evinə basqın ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Məhəmməd Heydəri iki yaşlı övladı ilə birlikdə həbs edilib. İki yaşlı Delvan Heydərinin həbsi Uşaq Hüquqları haqqında Konvensiyanın açıq şəkildə pozulmasıdır.

Baxmayaraq ki, İran İslam Respublikası Uşaq Hüquqları Konvensiyasını imzalayan dövlətlərdən biridir.

Qeyd edək ki, molla rejimi Heydəri ailəsinin bütün üzvlərinə təzyiq və həbs siyasətini davam etdirir.  

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir