Dünya

Litva qeyri-qanuni miqrasiyaya görə Belarusdan 120 milyon avro təzminat tələb edir

Sharing is caring!


Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Belarusu bir çox bölgələrdən minlərlə insanın qeyri-qanuni miqrasiyasının təşkilində ittiham edərək, 120 milyon avro təzminat tələb edib.

Bu barədə “Twitter” hesabından verdiyi açıqlamada o bildirib ki, hüquqi proses Litvanın ədliyyə naziri Evelina Dobrovolska tərəfindən başladılıb.

Dobrovolska həmçinin “Twitter” hesabında bildirib ki, 2021-ci ildən Belarusdan Litvaya keçib Avropa İttifaqına (Aİ) daxil olmaq istəyən qeyri-qanuni miqrantların sayı artıb.

Qeyd olunub ki, Belarus tələbi qəbul etməsə, Litva Beynəlxalq Məhkəməyə müraciət edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir