Dünya

Vin Dizel “Avatar”ın davamında çəkildiyi üçün böyük qonorar alıb

Sharing is caring!

Amerikalı aktyor Vin Dizel Ceyms Kemeronun “Avatar 2: Su yolu” filminin çəkilişlərinə görə böyük qonorar alıb.

O, layihədən 10 milyon dollar qazanıb.

Dizelin rolunun təfərrüatları hələlik məlum deyil. Eyni qonorarı Ceyk Salli rolunu oynayan Sem Uortinqton da alıb.

Bundan əlavə, aktyor filmin kinoprakatdan əldə etdiyi gəlirin 5%-ni tələb edə biləcək.

Həmçinin, Neytiri rolunun ifaçısı Zoe Soldana 8 milyon, Keyt Uinslet 6 milyon, Siqurni Uiver 3,5 milyon, Stiven Lanq isə 2 milyon dollar qazanıb.

Filmin istehsal büdcəsi 250 milyon dollar həcmində qiymətləndirilir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir