Dünya

Lavrov Türkiyəyə səfər edəcək

Sharing is caring!


Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvətilə aprelin 6-7-də Ankaraya səfər edəcək.

Rusiya XİN-dən verilən məlumata görə, tərəflər Türkiyədə keçiriləcək görüşdə “Akkuyu” və “Türk axını” atom elektrik stansiyalarının tikintisini müzakirə edəcəklər.

Həmçinin, nazirlər növbəti turizm mövsümü ərəfəsində Türkiyədə rusiyalıların hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də müzakirə etmək niyyətindədirlər.

Bununla yanaşı, danışıqların mövzularından biri 60 gün müddətinə uzadılan taxıl müqaviləsi ətrafındakı vəziyyət olacaq. Lavrov və Çavuşoğlu Ukrayna böhranının hazırkı vəziyyəti, münaqişənin sülh yolu ilə həllinin prinsipləri və yolları ətrafında da fikir mübadiləsi aparacaqlar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir