Dünya

Bayden amerikalılara hücum silahlarının satışını qadağan etmək istəyir – FOTO

Sharing is caring!


ABŞ prezidenti Co Baydenin administrasiyası ölkə vətəndaşlarına hücum silahlarının satışını qadağan etmək niyyətindədir.

Bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb.

Bayden xatırladıb ki, o, silahların qeyri-qanuni dövriyyəsinin qarşısını almaq və onları satanları məsuliyyətə cəlb etmək üçün addımlar atıb.

“Bu irəliləyişi davam etdirməyin vaxtıdır. Hücum silahlarını qadağan etməyin vaxtıdır”, – Bayden yazıb.

Xatırladaq ki, ABŞ prezidenti şəxsi odlu silahdan istifadə ilə zorakılığın azaldılması üzrə tədbirlərin sürətləndirilməsi barədə göstəriş verib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir