Dünya

Azərbaycan və Qazaxıstan baş nazirləri strateji əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Sharing is caring!


Bu gün Baş nazir Əli Əsədov və Qazaxıstan Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Əli Əsədov Əlixan Smailovu yenidən Qazaxıstan Baş naziri təyin edilməsi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı iki ölkə arasında dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir