Dünya

Yüzlərlə alim süni intellektin dayandırılması üçün imza topladı: “Hökumətlər işə qarışmalıdırlar!”

Sharing is caring!


Mindən çox alim və mütəxəssis süni intellektin dayandırılması ilə bağlı məktub imzalayıb.  

Məktubda süni intellekt modellərinin hazırlanmasında aparılan rəqabət riskləri barədə xəbərdarlıq edilir, həmçinin bununla bağlı fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunur.

Məktub Gələcəyin İnstitutu (Institute for the Future of Life) tərəfindən dərc olunub.

“Güclü süni intellekt sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə edilə biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir. Bu sistemlər düzgün, etibarlı, şərh edilə bilən, şəffaf, dayanıqlı, uyğun və təhlükəsiz olmalıdır”, – deyə məktubda qeyd edilir.

Məktubu imzalayanlar arasında “Twitter”in sahibi İlon Mask, “Apple”ın həmtəsisçisi Stiv Voznyak və transhumanist tarixçi Yuval Noah Harari kimi məşhur adlar da var.

“Əgər bu tez bir zamanda tənzimlənməzsə, hökumətlər işə qarışmalı və süni intellektin dayandırılmasına başlanmalıdırlar”, – deyə məktubda vurğulanıb.

Mask uzun müddətdir süni intellektin təhlükələri barədə xəbərdarlıq edir. O bildirib ki, süni intellektin insanları geridə qoyacağı nöqtə 2025-ci ildə gələcək və o zaman insanlar superkompüterlərin ev heyvanlarına çevrilmə riski ilə üzləşəcəklər.

Mənbə: Haber Global  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir