Dünya

WSJ: Rusiya İrana PUA-lar müqabilində kibersilah verir

Sharing is caring!


Tehran Moskva ilə kibermüharibə sahəsində daha dərin əməkdaşlığa can atır.

Bu çərçivədə hazırda Rusiya İrana qabaqcıl rəqəmsal müşahidə imkanları əldə etməyə kömək edir.

ABŞ və İran rəsmilərinin bildirdiyinə görə, kibermüharibə sahəsində əməkdaşlıq imkanı İranın Rusiyaya PUA satmasından, Kremli qısa mənzilli raketlərlərlə və artilleriya mərmiləri ilə təmin etməyə razılıq verməsindən sonra yaranıb.

Bildirilib ki, Tehran Moskvadan hücum helikopteri və qırıcı təyyarələr, eləcə də uzaq mənzilli raket proqramı ilə yanaşı kiber yardım da istəyib.

Müharibə başlayandan sonra Rusiya İrana rabitə və müşahidə avadanlığı, dinləmə cihazları, gizli çəkiliş aparatları və yalan detektorları verib. Həmçinin, Moskva ehtimal ki, Tehrana telefonları və digər proqram təminatını “sındırmağa” imkan verən daha qabaqcıl texnologiyalar ötürüb.

Mənbə: The Wall Street Journal

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir