Dünya

Qazaxıstanda məktəblilər kütləvi şəkildə zəhərləniblər

Sharing is caring!


Qazaxıstanın Çimkənd şəhərində keçirilən olimpiadada istedadlı məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, şəhərdə riyaziyyat fənni üzrə olimpiada təşkil olunub. Burada 900-dən çox uşaq iştirak edib. Onlardan 12-si xəstəxanaya yerləşdirilib.

“Günün sonuna qədər olimpiadanın 904 iştirakçısından 12-də qızdırma, mədə-bağırsaq traktının disfunksiyası ilə bağlı nasazlıq əlamətləri yaranıb”, – ölkənin Təhsil Nazirliyindən bildirilib.

Hazırda həkimlər zərərçəkənlərə nəzarət edirlər. Onlar gənc riyaziyyatçıların necə və nə ilə zəhərlənə biləcəyini müəyyənləşdirirlər.

Mənbə: vestikavkaza.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir