Cəmiyyət

Salyanda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Allahverdiyev Natiq İsrafil oğlu, onun həyat yoldaşı, 1958-ciil təvəllüdlü Allahverdiyeva Aidə Kərim qızı və 1951-ci il təvəllüdlü Seyfullayev Yadigar Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir