manset

Şəhid valideynləri Space TV-ni yüksək qiymətləndirdi….

Sharing is caring!

Şəhid valideynləri Space TV-ni yüksək qiymətləndirdi…. Vətən Müharibəsində ölkəmizin suverenliyi, sərhədlərimizin bötüvlüyü, torpaqlarımızın işğaldan azad olunması uğruna canından keçən oğullarımızın əziz xatirəsini müzəffər Azərbaycan ordusunun Ali baş komandanı, cənab prezident İlham Əliyev, ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman ehtiramla yad edir, şəhid ailələrinə və qazi oğullarımıza hörmət və rəğbəti tərənnüm edir. Biz, şəhid valideynləri də oğullarımızın qəhrəmanlığı ilə fəxr edirik. Ölkə mediası da şəhidlərin adının əbədiləşdirilməsi, döyüş yolunun öyrənilməsi yolunda böyük səy göstərib. Xüsusilə Space TV-nin qəhrəman oğulların təbliğatına həsr etdiyi “Qarabağ Azərbaycandır!” verilişi ölkəmizin müxtəlif bölgələrində- Tovuz, Lerik, Lənkəran, Masallı, Salyan, Dəvəçi, Quba, Qusar, Füzuli, Beyləqan, Xocavənd, Bərdə, Biləsuvar, Bakı kəndləri və digər rayon, şəhərlərdə şəhid ailələrinin qonağı olub və yüksək səviyyəli verilişlər hazırlayıb. Dəfələrlə, biz, şəhid valideynlərini dəvət edərək digər rayonlarda yaşayan şəhid valideynləri ilə görüşdürüb, həyətlərində abadlıq işləri aparıb və bu nəcib missiyaya gəncləri cəlb edib.
Adlarını qızıl hərflərlə Azərbaycanın şanlı Qələbə tarixinə yazan şəhid oğullarımızın qəhrəmanlığına həsr olunan “Qarabağ Azərbaycandır!” verilişini hazırlayan Space TV-nin kollektivinin, xüsusilə kanalın rəhbəri hörmətli Müşfiq Hətəmovun vətənə xidmətini, şəhidlərə ehtiramını şəhid ailələri olaraq yüksək qiymətləndiririk.
Hörmətlə: Şəhid Rəsad Quliyevin anası Mətanət Quliyeva (Quba)
Şəhid Elmir Mirzəyevin atası Əvəz Mirzəyev (Xocavənd)
Şəhid Vahid Abbasovun atası Sahib Abbasov (Binəqədi)
Şəhid Azər və Şikar Əhmədovlar qardaşlarının anası Ayna Əhmədova (Füzuli)
Şəhid Tural Əhlimanlının anası Nəzakət Əhlimanlı (Beyləqan)
Şəhid Emin Bağırovun anası Sədaqət Bağırova (Bakı)
Şəhid Emin İsmayılovun anası Məlahət İsmayılova (Bakı)
Şəhid Eldar Sadıqovun qardaşı Şahlar Sadıqov (Bərdə)
Şəhid Bünyadəli Pələngov qardaşı Əbülfət Pələngov (Lerik)
Şəhid Əli Bayramovun atası Nadir Bayramov (Binəqədi)
Şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı (Bakı)
Şəhid Emin Bağırovun atası İmran Bağırov (Bakı)
Şəhid Ruslan Bayramovun atası Telman Bayramov (Bakı)
Şəhid Tacir Əhmədovun atası Mehdi Əhmədov (Binəqədi)
Şəhid Zamin Ağayevin atası Zülfüqar Ağayev (Qobustan)

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir