Dünya

Blinken: “Türkiyə qabaqcıl F-16 təyyarələri almalıdır”

Sharing is caring!


ABŞ hökuməti Türkiyə üçün F-16 qırıcı-bombardmançı təyyarələrinin modernləşdirilməsini, eləcə də lazımi hərbi texnikanın tədarükünü dəstəkləyir. Bunu cümə axşamı ABŞ-nin dövlət katibi Antoni Blinken bəyan edib.

“Türkiyə qabaqcıl F-16 təyyarələri və mövcud F-16-ları üçün təkmilləşdirmə paketi almalıdır. Hesab edirik ki, bu, NATO üçün vacibdir”, – dövlət katibi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən deyib.

Blinken eyni zamanda qeyd edib ki, ABŞ Türkiyə ilə Yunanıstan arasında gərginliyi azaltmağa çalışır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir