Dünya

Portuqaliyadan darmadağın, Ronaldo möhtəşəm qolla tarixə düşdü – VİDEO

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə C, H və J qruplarında ümumilikdə 8 matç keçirilib.

J qrupunda yer alan Portuqaliya millisi öz meydanında Lixtenşteynlə üz-üzə gəlib. Matç pireneylilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Joau Kanselu və Bernardu Silvanın hərəyə bir dəfə fərqləndiyi matçda portuqalların daha iki topuna Kriştianu Ronaldu imza atıb. Onun cərimə zərbəsindən vurduğu ikinci top xüsusilə gözəl alınıb. Yığmanın heyətində rəsmi matçlarda 100-cü dəfə fərqlənən Ronaldu bu saya çatan ilk futbolçu olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir