Dünya

Avstraliyada nəhəng hörümçək növü aşkar edilib

Sharing is caring!


Avstraliyalı alimlər Kvinslend ştatında yeni və nəhəng hörümçək növü aşkar ediblər.

“Yeni hörümçək növünün elmi adı “Europlos dignitas”dır. “Europlos” hörümçəklər qrupunu bildirir, “dignitas” isə böyüklük mənasını verən latın epitetidir”, – deyə alimlərdən biri olan Maykl Riks bildirib.

O, bu adın yeni növə böyük ölçüsünə görə verildiyini və növün nəsli kəsilməkdə olduğunu qeyd edib.

Alimin sözlərinə görə, yeni növ hörümçəklər insanlar üçün ciddi təhlükə yaratmır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir