Dünya

Ceyn Ostinin evi satışa çıxarılıb – FOTO

Sharing is caring!


İngilis yazıçısı Ceyn Ostinin Hempşirdəki mülkü “Knight Frank” daşınmaz əmlak agentliyi tərəfindən satılır.

Söhbət məşhurun doğulduğu və 19-cu əsrin əvvəllərində “Qürur və qərəz”, “Nortenger abbatlığı”, “Hiss və hissiyat” əsərlərini yazdığı evdən gedir.

Obyekt 20 hektardan çox sahədə yerləşir.

Evin içərisində bir neçə yataq otağı, böyük yemək otağı, qonaq otağı, kamin otağı və şərab anbarı var. Ərazidə tennis kortu, hovuz və albalı ağacları olan bağ da var. Tarixi mülk üçün 10,5 milyon dollar tələb olunur.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir