Dünya

“Arsenal” böyük hesablı qələbə ilə “Mançester Siti”dən uzaqlaşdı – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının lideri “Arsenal” növbəti qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, “topçular” XXVIII turda öz meydanında “Kristal Pelas”a böyük hesabla qalib gəlib – 4:1.

“Arsenal”ın heyətində Bukayu Saka dubl edib, Qranit Caka və Qabriel Martinelli hərəyə bir qol vurub. Qonaqların təsəlli qoluna Ceffri Şlupp imza atıb.

Qələbə sayəsində xallarını 69-a yüksəldən “Arsenal” liderliyini möhkəmləndirib. Komanda ən yaxın izləyicisi “Mançester Siti”də 8 xal irəlidədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir