Dünya

Con Kirbi: “Qara dəniz heç bir ölkəyə aid deyil”

Sharing is caring!


“Rusiya təyyarəsi tərəfindən vurulan kəşfiyyat dronu ilə bağlı dünənki insidentə baxmayaraq, ABŞ Qara dəniz üzərində beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək”.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının spikeri Con Kirbi bildirib.

“Əgər onların bu mesajı bizi Qara dəniz üzərində beynəlxalq hava məkanında uçuşlardan və əməliyyatlardan çəkindirmək və ya daşındırmaq məqsədi daşıyırdısa, buna nail olmayacaqlar. Biz beynəlxalq sular üzərində beynəlxalq hava məkanında uçuşlara və fəaliyyətimizə davam edəcəyik. Qara dəniz heç bir ölkəyə aid deyil”, – deyə Kirbi qeyd edib.

Mənbə: “Associated Press”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir