Dünya

Balidə turistlərə populyar nəqliyyatdan istifadə etmək qadağan olundu

Sharing is caring!

İndoneziyanın Bali adasının hakimiyyət orqanları turistlərə mopedlərdən istifadə etməyi qadağan edib.

Bu barədə kurortun qubernatoru Vayan Koster bildirib.

Adanın ən populyar nəqliyyat növünün rəsmi icarəsi artıq əcnəbilər üçün əlçatmaz olacaq. Belə ki, mopedlər son zamanlar turistlər arasında yaralanma və ölümlə nəticələnən qəzalara səbəb olub.

Qubernator nəqliyyat vasitəsini “qəddar və yaramaz” adlandırıb.

Yeni qadağanı pozduqlarına görə turistlər vizadan məhrum edilə bilərlər. Adanın hakimiyyət orqanları əcnəbilərə yalnız turizm xidmətləri tərəfindən hazırlanmış və bütün standartlara cavab verən nəqliyyat növlərindən istifadə etməyi təklif edir. Onların fikrincə, bu, “keyfiyyətli və layiqli turizmi təmin etməlidir”.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir