Dünya

Ərdoğan zəlzələ qurbanları ilə bağlı son statistikanı AÇIQLADI

Sharing is caring!

Zəlzələdən zərər çəkən Hatayda olan Prezident Rəcəb Tayyib Ərdoğan son təbii fəlakətlə bağlı açıqlamalar verib.

O, ölənlərin sayının 48 mini, yaralananların sayının isə 115 mini keçdiyini, 50 min binanın dağıldığı bildirib.

“Fəlakətin ən çox dağıntı və insan ölümünə səbəb olduğu vilayət Hataydır. Ölənlərin sayının 48 mini, yaralananların sayının 115 mini keçdiyi, 50 min binanın dağıldığı belə bir fəlakət qarşısında Türkiyədən daha sürətli reaksiya verə biləcək ikinci ölkə yoxdur”, – deyə Ərdoğan Hatayın Samandağ rayonunda Fəlakət Koordinasiya Mərkəzindəki çıxışında bəyan edib.

Dövlət başçısı fədakarlıq və qəhrəmanlıq göstərən bütün şəxslərə, ictimai təşkilatlara, könüllülərə, QHT-lərə və beynəlxalq komandalara özünün və xalqın adından təşəkkür edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir