Dünya

“Şimal axını” ərazisində partlayışlardan əvvəl Yunanıstana məxsus tanker görünüb – FOTO

Sharing is caring!

“Şimal axını”nda partlayışların baş verdiyi ərazidə hadisədən təxminən iki həftə əvvəl Yunanıstan bayrağı altında üzən tanker görünüb.

Bu barədə “Business Insider” nəşri analitik Oliver Aleksanderə istinadən məlumat verib.

Qeyd edilib ki, “Minerva Julie” gəmisi sentyabrın 6-dan 13-dək yaxınlıqda drift edib və bir həftə ərzində boru kəmərləri üzərindəki ərazidən keçib.

Qəzet qeyd edib ki, bu halda Yunanıstan bayraqlı tankerin ekipajının hər hansı mühüm bir hadisənin şahidi olub-olmaması ilə bağlı sual doğur.

Gəminin sözçüsü isə göstərilən vaxtda olduqları ərazini təsdiqləyib və bildirib ki, gəmi orada yeni reys təlimatlarını gözləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir