Dünya

Ermənistan KTMT-nin təklif etdiyi vəzifədən imtina etdi

Sharing is caring!

Ermənistan ona təklif edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsindən imtina edib.

Ermənistan həmçinin bu qərarı barədə təşkilata məlumat verib.

Bu barədə respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib. “Biz KTMT-yə müvafiq təklifi təqdim etmişik”, – deyə o qeyd edib.

Hazırda KTMT Baş katibinin üç müavini var: Valeri Semerikov (Rusiya Federasiyası), Samat Ordabayev (Qazaxıstan), Tahir Xayruloyev (Tacikistan).

Baş katib üç illik müddətə seçilir. 2023-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək bu vəzifəyə İmanqali Tasmaqambetov təyin edilib. Kvota üzrə vəzifələrə təyinat baş katib tərəfindən KTMT-yə üzv dövlətlərin təklifi ilə üç ildən bir rotasiya əsasında həyata keçirilir. Katiblikdə bu cür vəzifələrin sayı ölkələrə, onların büdcəyə töhfələrinə mütənasib olaraq təyin edilir.

Mənbə: “Armenpress”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir