Dünya

Bolqarıstan Ukraynaya vasitəçilərlə bir milyard dollar dəyərində silah göndərib

Sharing is caring!

Bolqarıstan şirkətləri 2 il ərzində Ukrayna üçün bir milyard dollardan (1,7 milyard manat) çox dəyərində silah tədarük edib.

Bu barədə “EuraActiv” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, bu tədarüklər silah satışı üçün xarici proqramlar çərçivəsində üçüncü ölkə vasitəsilə həyata keçirilib.

“Bolqarıstan şirkətləri ukraynalı müştərilərə birbaşa silah və sursat satmır, çünki əməliyyatların xarici proqramlar vasitəsilə həyata keçirilməsi praktikası mövcuddur”, – deyə Bolqarıstan Milli Assambleyasının keçmiş deputatı Velizar Şalamanov bildirib.

Onun sözlərinə görə, Bolqarıstanın Kiyevə silahları əsasən Böyük Britaniya, Polşa və ABŞ tərəfindən maliyyələşdirilir.

Eyni zamanda, “EuraActiv” bildirir ki, təkcə 2022-ci ildə Bolqarıstan dolayı yolla Ukraynaya ən azı bir milyard dollar məbləğində silah ixrac edib. Respublikanın əsas silah zavodları bu müddət ərzində satışların 100 faiz artması barədə məlumat verib –  keçən ilin fevralında Sofiya rəsmən 1,38 milyard dollara qədər silah ixrac icazəsi verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir