Dünya

Gürcüstan parlamenti önündə iğtişaşlar baş verdi: Saxlanılanlar var

Sharing is caring!

Polis Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında bir neçə vətəndaşı saxlayıb.

Məlumata görə, parlamentin arxa girişində polislə toqquşmalar yaşanıb. Etirazçılar polis maşınlarına və parlament binasına yumurta atıblar. Onlar Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbul edilməsinin əleyhinədirlər.

İlkin məlumatlara görə, 3-5 nəfər saxlanılıb və həbslər davam edir.

Qeyd edək ki, insident parlamentdə adıçəkilən qanunun müzakirəsi zamanı baş verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir