Dünya

Moldova parlamentində dava düşdü – VİDEO

Sharing is caring!

Martın 2-də Moldova parlamenti dövlət dili haqqında qanunu birinci oxunuşda təsdiqləyib.

Bununla belə, səsvermə mübahisəsiz ötüşməyib.

Qanun layihəsinə əsasən, Moldova Konstitusiyasında “Moldova dili” ifadəsi “rumın dili” ifadəsi ilə dəyişdiriləcək.

Qanun layihəsinin təqdimatı zamanı kürsüyə kommunistlər və sosialistlər blokunun deputatları çıxıblar. Onlar özləri ilə referendum və növbədənkənar parlament seçkiləri ilə bağlı çağırışları əks etdirən plakatlar gətiriblər.

Deputatlardan biri digərinin plakatını qoparıb, bundan sonra onlar arasında dava düşüb. Daha sonra kommunist deputat mikrofonu götürərək “Moldova, Moldova” qışqırmağa başlayıb. Dava mikrofon söndürüldükdən sonra da bir müddət davam edib.

Parlamentin spikeri İqor Qrosu deputatları sakit olmağa çağırıb. Parlament çoxluğunun nümayəndələri öz yerlərinə qayıtdıqdan sonra qanun layihəsinə baxılması prosesi davam etdirilib.

Yekunda, Konstitusiyada dövlət dilinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi deputatların 55 səsi ilə qəbul edilib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir