Dünya

İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağlayıb – FOTO

Sharing is caring!

Tehran rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Tehran rejimi həmçinin mərkəzin üzvlərinə qarşı təzyiqləri də artırıb.

Bununla bağlı mərkəzin sosial media hesabında paylaşım edilib. Bildirilib ki, mərkəzin Təbrizdən olan iki üzvü – tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur – fevralın 27-də həbs olunub.

“Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir”, – deyə paylaşımda vurğulanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir