Siyasət

Beynəlxalq Miqrasiya Təşkilatı Böyük Qayıdış Proqramına dəstək verməyə hazırdır

Sharing is caring!

“Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramına dəstək verə bilər”.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

Rəhbərlik etdiyi təşkilatın yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malik olduğunu qeyd edən Antonio Vitorino deyib ki, bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdırlar.

Qonaq ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu mərkəz həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir