Dünya

Rusiyada helikopter qəzaya uğradı: Yaralılar var

Sharing is caring!

Rusiyanın Murmansk şəhəri yaxınlığında “Mi-8” helikopter qəzaya uğrayıb.

Təcili yardım xidmətindən verilən məlumata görə, qəza Murmanskın Lovozero kəndində eniş zamanı baş verib.

Göyərtədə üçü ekipaj üzvü, biri uşaq olmaqla doqquz nəfərin olduğu məlumdur. Hadisə nəticəsində azı üç nəfər xəsarət alıb. Digər şəxslərin vəziyyəti ilə bağlı məlumat verilmir.

Qəzaya güclü qar fırtınasının səbəb olduğu bildirilir. Hadisə yerinə xilasedicilər cəlb olunublar.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir