Dünya

Aİİ-yə üzv dövlətlərin başçılarının Soçidə görüş tarixi açıqlandı

Sharing is caring!

Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olan dövlət başçıları Soçidə mayın 24-25-də görüşəcəklər.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

O, həmçinin Avrasiya Hökumətlərarası Şurası və MDB Hökumət Başçıları Şurasının iclasları çərçivəsində 7-9 iyun tarixlərində Soçidə III Avrasiya Konqresi, MDB və Aİİ-nin II Gənclər Forumu, “Avrasiya bizim evimizdir” korporasiya layihələrinin beynəlxalq əməkdaşlıq sərgisinin keçiriləcəyini əlavə edib.

Nazir müavininin sözlərinə görə, Rusiya bu il Aİİ-də sədrliyi çərçivəsində Prezident Vladimir Putinin Aİİ-yə üzv dövlətlərin başçılarına müraciətində formalaşdırdığı və qeyd etdiyi prioritetlərin həyata keçirilməsinə diqqət yetirəcək.

“Bunlar arasında enerji və ərzaq təhlükəsizliyinin, habelə iqtisadiyyatın əsas sektorlarının texnoloji müstəqilliyinin təmin edilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi; ümumi maliyyə bazarının yaradılması; tənzimləyici və ticarət maneələrinin aradan qaldırılması; nəqliyyat infrastrukturunun inkişafı; iqlim gündəliyi; elmi və gənclər mübadiləsinin artırılması daxildir”, – deyə o, sözlərini yekunlaşdırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir