Dünya

Stiven Siqal Rusiyada ordenlə təltif olundu

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putin amerikalı aktyor, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya – Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqalı “Dostluq” ordeni ilə təltif etmək haqqında fərman imzalayıb.

Müvafiq sənəd ölkənin hüquqi informasiyaya dair rəsmi portalında dərc olunub.

Sərəncamda deyilir ki, mükafat beynəlxalq mədəni – humanitar əməkdaşlığın inkişafına böyük töhfəyə görə verilib.

Qeyd edək ki, aktyorun Rusiya vətəndaşlığı var. Putin Rusiya vətəndaşının pasportunu 2016-cı ilin noyabrında şəxsən Siqala təhvil verib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir