“Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı Müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”. Xəbəral.az xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, […]
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Xeberal.az xəbər verir ki, hadisə ötən gecə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2111 markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə rayonun Qaraxıdır kənd sakinləri – sürücü, 1968-ci il təvəllüdlü Fərman Abdullayev və sərnişini, 2010-cu il təvəllüdlü Əlvan Abdullayev xəsarət alıblar. Yaralılar Göyçay Rayon Mərkəzi […]
Azərbaycanda işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. AZƏRTAC xəbər verir ki, Venesuela Prezidenti ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Nikolas Maduro Şəhidlər xiyabanını da ziyarət edib. N.Maduro Azərbaycanın müstəqilliyi və […]