Dünya

Ramzan Kadırovun keçmiş müşaviri Moskvada müəmmalı şəraitdə ölüb

Sharing is caring!

Ramzan Kadırovun keçmiş müşaviri Pyotr Çuvilin Rusiya paytaxtında müəmmalı şəraitdə ölüb.

Bildirilib ki, o, vaxtilə ən böyük kölgə bankiri, QK 1520-nin ortaq sahibləri tərəfindən Dmitri Zaxarçenkoya rüşvət verilməsi işində əsas şahidlərdən biri, həmçinin Landromat vasitəsilə pulların yuyulmasının təhqiqatının (izi moldovalı oliqarx Vladimir Plaxotnyuka kimi uzanırdı) şahidi olub.

Bundan başqa Çuvilin Çeçenistan rəhbərlərinin, Plaxotnyukun, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin generallarının, Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin kölgə kapitallarını harada gizlətmələri və s. haqqında hər şeyi bilib.

O da vurğulanıb ki, keçmiş müşavir müstəntiqlərə nəsə deməyə müvəffəq olsa da, bir çox sirri özü ilə aparıb.

Mənbə: Kartoteka.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir