Dünya

Türkiyə gənclər və idman naziri: “Zəlzələyə görə dayandırılan idman tədbirləri yenidən başlayacaq” – FOTO

Sharing is caring!

“Zəlzələ fəlakəti səbəbilə dayandırılan idman tədbirləri yenidən başlayacaq”.

Bu barədə Türkiyə gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu açıqlama verib.

Nazir Kasapoğlu bununla bağlı sosial media hesabında paylaşım edib.

“Ölkəmizdə zəlzələ fəlakətindən sonra dayandırılan idman tədbirləri yenidən başlayır. İdmanın şəfaverici və birləşdirici gücünə ehtiyacımız var. Hamımız birlikdə yaralarımızı sarmağa davam edəcəyik”, – deyə o qeyd edib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir