Dünya

Zelenski Krımın işğaldan azad olunması ilə bağlı: “Mənəvi cəhətdən hazırıq…”

Sharing is caring!

“Krımın 2023-cü ildə işğaldan azad ediləcəyini vəd etmirəm, lakin bir ildən sonra Ukraynada daha müharibə olmayacağına ümid edirəm”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanı işğal etməsinin ildönümü ilə bağlı mətbuat konfransında deyib.

Zelenski ukraynalıların bu il Krımı fiziki olaraq qaytara bilməsi şansının nə qədər olduğu ilə bağlı sualı cavablandırıb.

“Ukraynada hər insan növbəti addımın həlledici, sonuncu, qələbə addımı olmasını istəyir. Və tez-tez kimsə buna dözə bilmir və emosional olaraq mətbuata bu haqda danışır (bütün ərazilərin qaytarılması müddəti barədə – red.)… Bu, bəzən yanlış addım olur”, – deyə o qeyd edib.

Zelenskinin fikrincə, bunu “bağışlamaq olmaz”, amma başa düşmək olar. “Qələbə qazanmaq istəyi elə böyükdür ki… Müharibəni bitirmək və hər şeyi geri qaytarmaq: hərbçilər sağ-salamat evlərinə qayıtsın, normal həyat bərpa olunsun…”, – deyə o bildirib.

Lakin Ukrayna lideri vurğulayıb ki, bu kifayət deyil. “Bu kifayət deyil – bu emosiyalar kifayət deyil, istəmək və danışmaq kifayət deyil, çalışmaq lazımdır.

Müddətlər və addımlarla bağlı suala cavab verərək yalnız bir şeyi deyə bilərəm – hər şey bizdən asılıdır…

Hərbi addımlar var, biz buna hazırlıq görürük. Mənəvi cəhətdən hazırıq. Texniki cəhətdən hazırlaşırıq: silahlarla, müxtəlif kateqoriyalı və xarakterli (hazırlıq) hücum briqadalarının gücləndirilməsi, formalaşdırılması ilə… İnsanları təkcə Ukraynada deyil, digər dövlətlərin meydanlarında da təlimlərə göndəririk. Çünki silahlar fərqlidir və biz hazır olmalıyıq.

Sonra isə ədalətli işğaldan azad etmə addımları atılacaq. Allah eləsin bu addımlar uğurlu olsun”,  deyə Zelenski əlavə edib.

Mənbə: Pravda.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir