Dünya

G7 Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayıracaq

Sharing is caring!

Böyük Yeddilik (G7) ölkələri (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya) 2023-cü ildə Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayıracaqlar.

Müvafiq bəyanatı 2023-cü ildə G7-yə sədrlik edən Yaponiyanın Maliyyə Nazirliyi dərc edib.

Yardım paketi Ukrayna hökumətinin fəaliyyətinin təmin edilməsinə, əsas xidmətlərin göstərilməsinin davam etdirilməsinə, zədələnmiş infrastrukturun təmirinə və iqtisadiyyatın sabitləşməsinə kömək edəcək.

“Bu maliyyə yardımı bizim həyati vacib hərbi dəstəyimizə və Ukrayna qüvvələri üçün təlimlərə, humanitar dəstək və inkişaf sahəsindəki əməkdaşlığımıza əlavədir”, – bəyanatda deyilir.

Həmçinin G7 Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq birgə iqtisadi tədbirlərə sadiq olduqlarını vurğulayıb.

“Biz sanksiyaların effektivliyini yaxından izləməyə və lazım gəldikdə əlavə tədbirlər görməyə davam edəcəyik”, – deyə bəyanatda qeyd olunub.

Bununla yanaşı, Böyük Yeddilik öz bəyanatında digər ölkələri də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir