Dünya

Evdən 10 yük maşını zibil çıxdı – VİDEO

Sharing is caring!

Türkiyənin Uşak şəhərində vətəndaşlar kəskin iy səbəbindən müvafiq orqanlara müraciət ediblər. Çağırış üzrə gələn qruplar iyin kimya mühəndisi olan N.T.-nin evindən gəldiyini müəyyən ediblər.

Qapı və pəncərələri açıq olan evə girən qruplar qarşılaşdıqları mənzərədən şoka düşüblər.

Zibilliyə çevrilən evin hər bir tərəfində qəzet, fərqli kağız parçaları, plastik qablar, disklər, çox sayda kirli paltarla rastlaşan insanlar dəstək qrupunun göndərilməsini istəyiblər.

20 nəfərlik qrupla zibilləri yığışdırmağa başlayan insanlar 7 saatlıq işdən sonra evdən 10 yük maşını zibil çıxarıblar.

Məlum olub ki, ev sahibi N.T.-nin zibil yığmaq xəstəliyi olub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir