Dünya

Moskvanın mərkəzində yaşayış binasında güclü yanğın: Ölənlər var

Sharing is caring!

Rusiyada Moskvanın mərkəzində hotel və keçmiş yataqxananın yerləşdiyi binada baş verən yanğın nəticəsində 7 nəfər həlak olub.

Bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.

Daha 11 nəfərin yaralandığı bildirilir.

Ölənlərdən ikisi uşaqdır. 11 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, iki nəfərə ambulator şəraitdə tibbi yardım göstərilib.

İlkin məlumata görə, 16 mərtəbəli binada axşam saatlarında yanğın baş verib. Burada birinci mərtəbədən dördüncü mərtəbəyə qədər hotel, yuxarıda isə yaşayış fonduna köçürülmüş keçmiş yataqxana yerləşir. Yanğın binanın mənzillərinin yerləşdiyi hissəsində başlayıb.

Yanğınsöndürənlər 50 nəfəri xilas edib, 200 nəfər təxliyə olunub.

Faktla bağlı cinayət işi başladılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir