Dünya

Çinin Mars roverinin taleyi məlum deyil

Sharing is caring!

Çin uzun müddətdir ki, “Çjujun” roverinin vəziyyəti barədə məlumat vermir.

2020-ci ildə ölkə “Tyanven-1” Mars missiyasını həyata keçirib və 10 fevral 2021-ci ildə aparat planetin orbitinə daxil olub.

O vaxtdan bəri, rover haqqında çox az xəbər var. Lakin bu, Çin kosmik proqramının məxfiliyi ilə izah olunub.

Bu il fevralın 10-da Çinin dövlət mediası kosmik gəminin Mars orbitinə çıxmasının ikinci ildönümü ilə bağlı materiallar yayıb. Onlar “Tyanven-1” missiyasının nailiyyətlərini sadalayıblar, lakin “”Çjujun” haqqında praktiki olaraq heç bir söz deməyiblər.

Qeyd edilir ki, rover 2022-ci ilin mayında Marsın şimal yarımkürəsində qışın yaratdığı mövcud Günəş enerjisinin miqdarının azalması səbəbindən yuxu rejiminə keçib. Onun dekabrda, gecə-gündüz bərabərliyi zamanı oyanacağı gözlənilirdi, lakin Çin və onun kosmos rəsmiləri roverin vəziyyəti ilə bağlı məlumat verimirlər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir