Dünya

Hataydakı son zəlzələ zamanı dağıntılar altında qalanlar arasında azərbaycanlılar var? – AÇIQLAMA + FOTO

Sharing is caring!

“Türkiyənin Hatay vilayətində dünən baş verən zəlzələ zamanı dağıntılar altında qalan azərbaycanlıların olub-olmaması barədə araşdırma aparılır”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, bu barədə hələlik dəqiq məlumat alınmayıb.

A.Hacızadə əlavə edib ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən sonra iki vətəndaşımızdan xəbər ala bilməmişik. 

Xatırladaq ki, fevralın 20-də Hatayda 6,4 bal gücündə zəlzələ baş verib. Hadisə zamanı 6 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir