Dünya

Cənubi Koreyada 6G şəbəkəsi istifadəyə veriləcək

Sharing is caring!

Cənubi Koreya hakimiyyəti “K-Network 2030” dövlət planında nəzərdə tutulan müddətdən iki il əvvəl – 2028-ci ildə ölkədə altıncı nəsil mobil rabitəni işə salmaq niyyətindədir.

Bu barədə Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 6G-nin inkişafı və tətbiqi hökumətin Cənubi Koreyanın şəbəkə infrastrukturu üzrə dünya lideri titulunu saxlamaq istəyi ilə əlaqədardır.

Bundan əlavə, 6G-nin tezliklə istifadəyə verilməsi elektron komponentlərin tədarük zəncirlərinin bərpası və innovativ proqram təminatının inkişafı baxımından daha əlverişlidir.

Məlumata görə, hazırda hökumətdə 6G-nin tədqiqi və inkişafına yönəlmiş layihənin texniki-iqtisadi əsaslandırması aparılır. Layihə 481,7 milyon dollar dəyərində qiymətləndirilir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir