Dünya

Türkiyədə dünyanın ən müqəddəs ziyarətgahlarından biri tamamilə dağıldı – FOTO/VİDEO

Sharing is caring!

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər bir çox tarixi abidədən də təsirsiz ötüşməyib. Mütəmadi davam edən təkanlar səbəbindən bu gün Hatayda xristianların iki müqəddəs ziyarətgahı dağılıb. 

700 illik Müqəddəs Məryəm kilsəsi

Hatayda yerləşən və təxminən 700 yaşı olduğu bilinən Müqəddəs Məryəm Kilsəsi zəlzələ zamanı binada yaranan zədələr səbəbindən çöküb, təkcə zəng qülləsi salamat qalıb.

Kilsənin 2020-ci ildə bərpa olunduğu bildirilir.

“Dünyanın ilk mağara kilsəsi”nin istinad divarı dağılıb

Hatayda daha bir tarixi binaya ciddi zərər dəyib. Söhbət Xristianlığın ən müqəddəs ziyarətgahlarından biri sayılan və dünyanın ilk mağara kilsəsi hesab edilən Müqəddəs Pyotr kilsəsindən gedir. Məlumata görə 1963-cü ildə Papa VI Pavelin “Ziyarət yeri” elan etdiyi ibadət ocağının istinad divarı uçub.

Qeyd edək ki, Müqəddəs Pyotr kilsəsi Stauris dağının (Xaç dağı) qərbində qayalara oyulmuş və dərinliyi 13 metr, eni 9,5 metr, hündürlüyü isə 7 metr olan mağaradan ibarətdir. Antakyadakı ilk xristianların gizli görüşləri üçün istifadə etdikləri bu mağara xristianlığın ən qədim kilsələrindən biri hesab olunur.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir