Dünya

Netanyahu: “İran beynəlxalq naviqasiya azadlığına zərbə vurur”

Sharing is caring!

İsrailin baş naziri Benyamin Netanyahu İranı keçən həftə Fars körfəzində neft tankerinə hücumda ittiham edib.

Bu barədə o, Nazirlər Kabinetinin həftəlik iclasında deyib.

“Keçən həftə İran Fars körfəzində yenidən neft tankerinə hücum edib və beynəlxalq naviqasiya azadlığına zərbə vurub”, – deyə hökumət başçısı bildirib.

Xatırladaq ki, Liberiya bayrağı altında üzən gəminin kapitanı fevralın 10-da Ərəb dənizində tankerin dron hücumuna məruz qaldığını təsdiqləyib.

Qeyd edək ki, Tehran son illərdə bu cür hücumların arxasında dayandığına dair bütün ittihamları rədd etsə də, İran hakimiyyəti insidentlə bağlı şərh verməyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir