Siyasət

Baş Konsulluq İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Sharing is caring!


Baş Konsulluq İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə konsulluqdan bildirilib.

Qeyd olunub ki, vətəndaşlar İstanbul şəhərindəki Baş Konsulluqda pasport əməliyyatları üçün öncədən vaxt təyin etmək məqsədilə yanvarın 23-dən etibarən Elektron Növbə Portalından istifadə edə bilərlər. Elektron növbə Azərbaycan Xarici İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında göstərilən xidmətlərlə əlaqədar əvvəlcədən növbə təyin edilməsi üçün elektron vasitədir. Bu xidmətdən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.

Müraciətçilər appointment.mfa.gov.az internet səhifəsinə daxil olaraq həyata keçirilir. Elektron Növbə Portalında istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmayıb. Elektron növbə ilə bağlı onlayn müraciətinizi tamamladıqdan sonra əlaqə vasitəsi olaraq sistemə qeyd etdiyiniz elektron poçt ünvanına təsdiq barədə bildiriş daxil olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir