Cəmiyyət

Ötən il həbsdən azad olunan neçə nəfər işlə təmin olunub?

Sharing is caring!


Ötən il cəzaçəkmə müəssisələrindən azad olunan 312 nəfər özünüməşğulluq proqramına çərçivəsində işlə təmin olunub.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, həmin şəxslərlə bağlı cəmiyyətdə stereotiplər var:

“Biz o stereotipləri aradan qaldırmağa çalışırıq. Bu səbəbdən Penitensiar Xidmətlə cəzaçəkmə müəssisələrində olan məhbusların və azad olunan şəxslərin məşğulluqlarının təmin olunması məqsədilə əməkdaşlığa başlanılıb. Məqsəd həmin şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirməkdir”.

M.Abbasbəyli qeyd edib ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslər əsasən ictimai işlərə, tikinti sektoruna və daha çox əl əməyi tələb edilən sahələrdə işlə təmin olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir