Dünya

SEPAH heyvanları qətlə yetirdi – VİDEO

Sharing is caring!

İranın Sistan və Bəluçestan əyalətinin Pakistanla sərhəddə yerləşən Kəleqan kəndində SEPAH qüvvələri tərəfindən yüzlərlə uzunqulaq öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bəluç fəalların verdiyi məlumata görə, fevralın 14-də SEPAH qüvvələri Kəleqan sərhəd bölgəsində “yanacaq qaçaqmalçılığı” bəhanəsi ilə Bəluç əhaliyə məxsus yüzlərlə uzunqulağı gülləbaran öldürüb.

Xatırladaq ki, İranın Pakistanla həmsərhəd yaşayış məntəqələrində yaşayan əhali yaşayış xərclərini təmin etmək üçün qonşu ölkədən ucuz qiymətə yanacaq və digər tələbat malları gətirib satırlar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir