Dünya

Haaqada Rusiyanın Ukraynaya vurduğu zərər üzrə reyestr yaradılacaq

Sharing is caring!

Niderland hökuməti Ukraynanın Haaqada beynəlxalq təşkilat – Rusiyanın təcavüzü nəticəsində Ukraynaya vurulan zərərin reyestrinin yaradılması təklifi ilə prinsipial olaraq razılaşıb.

Bu barədə Ukrayna Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Reyestrdə müharibənin ukraynalılara, biznes qurumlarına və dövlətə vurduğu zərər haqqında məlumatlar yer alacaq.

Bildirilir ki, reyestr beynəlxalq hüquq normalarına uyğun olaraq təcavüzkar dövlətin Ukraynaya vurduğu ziyana görə tam kompensasiya ödəməsini təmin etmək üçün nəzərdə tutulmuş kompleks kompensasiya mexanizminin birinci komponenti olacaq.

Qeyd edək ki, zərərlər reyestrinin yaradılması BMT Baş Assambleyasının 14 noyabr 2022-ci il tarixli Qətnaməsində tövsiyə olunub.

Mənbə: epravda.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir