Dünya

Meksikanın nüfuzlu məktəblərinin birində Azərbaycan haqqında təqdimat keçirilib – FOTO

Sharing is caring!

Meksikanın San Luis Potosi şəhərində yerləşən nüfuzlu məktəblərdən biri olan “Instituto Real de San Luis” məktəbində keçirilən BMT Modeli konfransında Azərbaycan haqqında təqdimat keçirilib.

Bununla bağlı Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

200-dən çox şagird və professorun iştirakı ilə keçirilən konfransda bu ölkədəki səfirimiz Məmməd Talıbov ölkəmizin müstəqillik ənənələri, Azərbaycanın tarixi, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin güclənməsindəki müstəsna rolu, erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, regiondakı yeni reallıqlar, ölkəmizin neft-qaz strategiyası, iştirakçısı olduğu beynəlxalq enerji və infrastruktur layihələri, iqtisadi inkişaf göstəriciləri, incəsənəti, milli mətbəxi və çoxmədəniyyətlilik ənənələri haqda məlumat verilib. Konfransda həmçinin, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən görülən işlər, eləcə də ölkəmizin xarici siyasət prioritetləri, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti, Meksika və ümumilikdə Latın Amerikası regionu ölkələri ilə ikitərəfli əlaqələrindən bəhs edilib.  

Bundan əlavə xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib, həmçinin auditoriya tərəfindən ünvanlanan suallar cavablandırılıb. Təqdimat şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Konfransın sonunda şagirdlərin ölkəmiz haqqında daha çox məlumat əldə edə bilməsi üçün məktəbin kitabxanasına bəzi kitab və jurnallar təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir